office@stk.edu.az
(+994 12) 567-78-59 / 566-85-49

ADNSU-nun nəzdində
Sənaye Texnologiya Kolleci

Xəbərlər

I kurs KT-105 qrupunda keçirilən dərs yüksək səviyyədə qiymətləndirilmişdi

Sənaye və Texnologiya Kollecinin biologiya müəllimi Yaqut Mamedovanın Biologiya laboratoriyasında I kurs KT-105 qrupunda “Genetika — irsiyyət və dəyişkənlik haqqında elmdir. Monohibrid və dihibrid çarpazlaşma” mövzusunda keçirdiyi dərs dinlənilmişdir. Dərsdə kollecin metodistləri Ceyran Bayramova, Aygün Rüstəmova və tədris hissə müdiri Lalə Nəsibova iştirak etmişlər.

Keçirilən dərs yüksək səviyyədə qiymətləndirilmiş, mövzunun müəllim tərəfindən aydın, anlaşılan və məntiqi ardıcıllıqla təqdim olunması, müasir təlim üsullarından istifadə və Biologiya laboratoriyasının müdiri Günel Şükürovanın dəstəyi ilə əyani vəsaitlərdən səmərəli yararlanma xüsusilə qeyd edilmişdir.


22.12.2025