office@stk.edu.az
(+994 12) 567-78-59 / 566-85-49

ADNSU-nun nəzdində
Sənaye Texnologiya Kolleci

Xəbərlər

STK-da “İnsan alveri” mövzusunda maarifləndirici tədbir keçirildi

05. ll. 2026-cı il tarixində  Sənaye və Texnologiya Kollecində “İnsan alveri” mövzusunda maarifləndirici tədbir keçirildi. Tədbirdə kollecin tərbiyə işləri üzrə  direktor müavini Asəf Məmmədov  ilk öncə tələbələri salamladı və kecirilən tədbirin tərbiyəvi əhəmiyyətindən danışdı. Sonra kollecin psixoloqu Gülnar Məstəlizadə  insan alveri anlayışı, insan alveri ilə mübarizə sahəsində mövcud vəziyyət və mübarizə üsulları haqqında olan  məlumatları slaydlarla tələbələrə ətraflı izah etdi. Bununla yanaşı, insan alverinə qarşı mübarizə tədbirləri, onun profilaktikası, insan alveri qurbanlarının müdafiə edilməsi və onlara köməklik göstərilməsinin hüquqi və təşkilati əsasları haqqında maarifləndirici məlumatları tələbələrə çatdırdı. Həm də tədbir çərçivəsində “Erkən nigah”dan da danışıldı.

Sonda mövzu ətrafında müzakirələr aparıldı və tələbələr  belə tədbirlərin kollecdə tez-tez  keçirilməsinin vacibliyini bildirdilər.

Tədbir diskussiya şəklində  başa çatdı.


05.02.2026