office@stk.edu.az
(+994 12) 567-78-59 / 566-85-49

ADNSU-nun nəzdində
Sənaye Texnologiya Kolleci

Xəbərlər

“1 Mart-Ümumdünya Mülki Müdafiə Günü”nə həsr edilmiş tədbir

STK-da “1 Mart-Ümumdünya Mülki Müdafiə Günü”nə həsr edilmiş “Dayanaqlı və sabit gələcək naminə ekoloji risklərin  idarə edilməsi” mövzusunda tədbir keçirildi.  Tədbirdə kollecin işçiləri, tələbələri iştirak etdilər. Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermis şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. STK-nın Mülki Müdafiə Qərargahının rəisi Arif Kərimov tədbiri açıq elan etdi. Beynəlxalq Mülki Müdafiə Təşkilatının yaranma tarixi və inkişaf yolu, Azərbaycanın bu təşkilatda rolu barədə məlumatı tədbir iştirakçılarının nəzərinə çatdırdı. 

O, tələbələrə mülki müdafiənin əhəmiyyəti, vəzifələri, əhalinin fövqəladə hallara qarşı necə hazır olmağın yolları haqqında ətrafli məlumat verdi.

Sonra “1 Mart-Ümumdünya Mülki Müdafiə Günü”nə aid videoçarx nümayiş etdirildi.

Tədbir diskussiya şəklində başa çatdı.


27.02.2026