Tyutorlardan Gülnur Səfərova və Röya Babanlının rəhbərliyi altında MQ105 , AS205, KS205, KA205 qrup tələbələri ADNSU- nun kitabxanasında olublar. Burada Kitabxana İnformasiya Mərkəzinin müdiri Səlahət Mahmudova və Elektron Resurslar Sektorunun müdiri Ruhanə Qasımova tələbələrə kitabxana sisteminə giriş, kitabxananın qaydaları, kitabların düzgün saxlanılması və onlardan necə istifadə olunması haqqında danışıblar. Sonra baş kitabxanaçı Aydan Şahmarova və kitabxanaçı Rabiə Mehdiyeva isə tələbələri qeydiyyatdan keçirib və növbəyə yazılan tələbələrə kitab veriblər. Həmçinin böyük kitabxanaçılardan Bahar Babayeva və Lalə Məsmalıyeva tələbələrə oxu zalından istifadə qaydalarını izah ediblər. Kitabxanada olduqları müddətdə onlar müxtəlif maraqlı kitablarla tanış olub, həm də Milli Qəhrəmanlara həsr olunan guşəni də ziyarət ediblər.













