Sənaye və Texnologiya Kollecinin şöbə müdiri Pərvin Məmmədova və tyutorlar Nuriyyə Hüseynova və Nigar Heydərovanın rəhbərliyi altında “Poliqrafiya və ətraf mühit” və “Kompüter proqramları” şöbəsinin tələbələri ADNSU-nun kitabxanasında olublar. Burada Kitabxana İnformasiya Mərkəzinin müdiri Səlahət Mahmudova və Elektron Resurslar Sektorunun müdiri Ruhanə Qasımova tələbələrə kitabxananın iş qaydaları haqqında danışıblar. Həm də kitabxananın əməkdaşları tələbələri qeydiyyatdan keçirib və onlara istədikləri kitabları veriblər. Tələbələr kitabxanada olarkən xatirə şəkli çəkdirməyi də unutmayıblar.









04.03.2026



