office@stk.edu.az
(+994 12) 567-78-59 / 566-85-49

ADNSU-nun nəzdində
Sənaye Texnologiya Kolleci

Xəbərlər

Elmi-mədəni tədbirdə iştirak

“Ethno Studies” platformasının təşkilatçılığı ilə milli-mədəni dəyərlərimizin təbliğinə həsr olunmuş elmi konfrans keçirilmişdir. Tədbirdə professor Fəzail İmran oğlu, dosent Bəhmən Faziloğlu, t.ü.f.d. İsmayıl Umudlu, BDU - nun tarix müəllimi Günel Rəhimli  və magistrant Çiçək Mustafayeva elmi məruzələrlə çıxış etmişlər.
Konfransın təşkilatçısı etnoqraf, t.ü.f.d. Günay Çapay olmuşdur. Tədbir çərçivəsində açıq müzakirələr aparılmış, milli geyim kolleksiyası təqdim edilmişdir.
Qeyd edək ki, kollecimizin müəllimləri Gülnarə Əbdüləzimova və Sevil Sarıyeva də bu elmi konfransda fəal iştirak edərək, milli-mədəni dəyərlərimizin təbliğinə öz töhfələrini vermişlər.
 


04.03.2026