office@stk.edu.az
(+994 12) 567-78-59 / 566-85-49

ADNSU-nun nəzdində
Sənaye Texnologiya Kolleci

Xəbərlər

Sənaye və Texnologiya Kollecində növbəti işçi iclası keçirildi

Sənaye və Texnologiya Kollecinin direktoru, professor Nasim Abışovun rəhbərliyi ilə keçirilən növbəti iclasda tədris prosesinin cari vəziyyəti və qarşıda duran hədəflər müzakirə olundu. İclasda aşağıdakı əsas istiqamətlər üzrə geniş məlumat verildi:

  • İmtahan sessiyasına hazırlıq: Yaz imtahan sessiyasına hazırlıq işləri və rəqəmsal imtahanların sayının artırılması istiqamətində görülən tədbirlər diqqətə çatdırıldı.
  • Tələbə fəallığı: Tələbə klublarının fəaliyyətinin genişləndirilməsi və kollecdə start götürəcək yeni sosial-ekoloji paketlərin əhəmiyyəti vurğulandı.
  • İntizam və davamiyyət: Kredit sistemi ilə təhsil alan və ümumi təhsil bazasından gələn tələbələrin semestr ərzində davamiyyətinə ciddi nəzarət olunması barədə müvafiq tapşırıqlar verildi.

​İclasın sonunda direktor N. Abışov müəllim və tələbələrin suallarını cavablandırdı. Həm də kollektivdə işləyən qadınları, oxuyan qızları qarşıdan gələn 8 Mart – Beynəlxalq Qadınlar Günü və həmçinin STK-nın bütün kollektivini Müqəddəs Ramazan ayı və Milli bayramımız olan Novruz münasibətilə səmimi qəlbdən təbrik edib, işlərində uğurlar arzuladı.


04.03.2026