office@stk.edu.az
(+994 12) 567-78-59 / 566-85-49

ADNSU-nun nəzdində
Sənaye Texnologiya Kolleci

Xəbərlər

Tələbələr Hüseyn Cavidin Ev Muzeyinə ekskursiya etmişlər

Kollecin müəllimi Səbinə Tağıyevanın təşkilatçılığı ilə KP-105 qrup tələbələri Hüseyn Cavidin Ev Muzeyinə ekskursiya etmişlər. Ekskursiya zamanı tələbələr görkəmli Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin həyat və yaradıcılığı ilə yaxından tanış olmuş, muzeydə nümayiş olunan şəxsi əşyalar, əlyazmalar və digər eksponatlar haqqında ətraflı məlumat əldə etmişlər. Tələbələrə Hüseyn Cavidin Azərbaycan ədəbiyyatında tutduğu mövqe, onun əsərlərinin ideya-bədii xüsusiyyətləri haqqında muzeyin  bələdçiləri tərəfindən geniş  məlumat verilmişdir. Sonda tələbələr muzeydə xatirə şəkli də çəkdirmişlər.


10.04.2026