office@stk.edu.az
(+994 12) 567-78-59 / 566-85-49

ADNSU-nun nəzdində
Sənaye Texnologiya Kolleci

Xəbərlər

Tələbələr ADA Universitetində olmuşlar

Kollecin şöbə müdiri Kəmalə Əliyeva və ingilis dili müəllimi Nailə Əsgərovanın təşkilatçılığı ilə “Kompüter sistemləri” şöbəsinin bir qrup tələbəsi ADA Universitetində keçirilən növbəti məlumat sessiyasında iştirak etmişlər. Əvvəlcə tələbələrə universitet, tədris mühiti və muasir təhsilin əmək bazarına uyğunlaşdırılması barədə məlumat verilmiş  və universitetin zəngin kitabxanası  ilə yaxından tanış olmuşlar. Daha sonra universitetinin “İnformasiya texnologiyaları”, “Robototexnika” və “Elektronika” laboratoriyalarında da olublar. Laboratoriya avadanlıqları, onların işləmə prinsipləri və istifadəsi haqqında ətraflı məlumat əldə etmişlər. Sonda universitet tərəfindən tələbələrə xatirə hədiyyələri də təqdim olunmuşdur.


10.04.2026