office@stk.edu.az
(+994 12) 567-78-59 / 566-85-49

ADNSU-nun nəzdində
Sənaye Texnologiya Kolleci

Xəbərlər

Onlaynla iştirak maraqla qarşılanmışdı

ADNSU-nun nəzdində Sənaye vəTexnologiya kollecinin “Humanitar fənlər” FBK- nın sədri Vüsalə Əbdürrəhimova 18-20 iyun 2026-cı il tarixlərində Moldovanın Qaqauziya Muxtar Bölgəsinin paytaxtı Komrat şəhərində keçirilən XIII Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumunda onlayn formada iştirak etmiş,"Azərbaycanda multikulturalizm: mədəni müxtəlifliyin qorunması və sosial ahəngin formalaşması" mövzusunda məqalə ilə çıxış etmişdir.

Multikulturalizm Azərbaycanda sadəcə nəzəri bir konsepsiya deyil, tarixi köklərə və zəngin ənənələrə söykənən real bir sosial modeldir. Azərbaycan hər bir xalqın özünəməxsus dilini, dinini və incəsənətini bəşəriyyətin ümumi mədəni irsinin bir hissəsi kimi dəyərləndirir. Bizim üçün mədəni müxtəliflik cəmiyyəti parçalayan deyil, əksinə, onu zənginləşdirən və daxili dinamikanı gücləndirən ən böyük strateji üstünlükdür. TUDAS XIII platforması vasitəsilə mən Azərbaycanın bu uğurlu yolunu dost və qardaş ölkələrlə paylaşmaq istəyirəm.


22.06.2026